"Bütöv Azərbaycana ilk bahar gəlir adlı" Novruz tədbiri keçirildi.
BŞTİ -nin "Dəyərlərimizi qoruyaq" lahiyəsinin keçirilməsi barədə əmrinin icrası məqsədilə 19 mart 2024-cü il tarixində məktəbdə Novruz bayramına həsr olunmuş “Bütöv Azərbaycana ilk bahar gəlir” adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim, şagird kollektivi və valideynlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mətanət Mayılova öncə tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik edib. Qeyd edib ki, zəngin mənəvi dəyərlərimizə söykənərək, insanlar arasında qarşılıqlı hörmət, səmimiyyət və mehribanlıq münasibətlərini bərqərar edən Novruz bayramı xalqımızın əsrlərdən bəri qoyub saxladığı və həmişə əziz tutduğu bayramlardan biridir.
Məktəbin musiqi müəllimi Zübeydə Həsənovanın təşkilatçılığı ilə hazırlanmış tədbirdə şagirdlər çıxış edib. Milli geyimdə olan qız və oğlanlar bayram atributları ilə bəzədilmiş səhnədə Novruzun qədim tarixindən, çərşənbələr, maraqlı adət və inanclardan danışıblar. Baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına həsr olunmuş şeirlər, bayatılar söyləyib, mahnılar ifa ediblər. Şagirdlərin saz, kanon və nağara ifası da tamaşaçılara xoş təsir bağışlayıb.
Milli geyimdə olan qızlar haxışta söyləyib, qədim adət-ənənələrimizi əks etdirən səhnəciklər göstəriblər. Daha sonra Novruz şənliklərinin əsas personajları olan Kosa və Keçəl səhnəyə gələrək öz məzəli oyunlarını nümayiş etdirib. Kosa ilə Keçəlin duzlu-məzəli çıxışları tədbir iştirakçılarında ruh yüksəkliyi yaradıb, tədbirə xoş abu-hava bəxş edib.