Sağlam qidalanma haqqında maarifləndirici söhbət aparıldı.
Bədən tərbiyəsi və İdman günü həftəsində 5 Mart 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Hafizə İbrahimova tərəfindən VI-X siniflər ilə “Sağlam qidalanma” haqqında maarifləndirici söhbət aparıldı. İlk olaraq şagirdlərə sağlam qidalanmanın vacibliyi və əhəmiyyəti çatdırıldı. Şagirdlərə hazır qidaların insan orqanizmi üçün ziyanı və təhlükəsi barədə məlumat verildi. Həmçinin şagirdlərə qida rejiminin vacibliyi vurğulandı və gün ərzində üç dəfə sağlam qidalanmaq tövsiyə edildi. Meyvə tərəvəz və ağartı məhsullarının insan orqanizmi üçün faydaları və tərkibində olan vitaminlər barədə məlumat verildi.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.