"İdmançıların yarışa hazırlığının psixoloji yanaşması" adlı seminar keçirildi.
5 Mart Bədən tərbiyəsi və İdman Günü ərəfəsində 4 mart 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Natəvan Əliyeva və fiziki tərbiyə müəllimi Hafizə İbrahimova tərəfindən “İdmançıların yarışa hazırlığının psixoloji yanaşması” adlı seminar keçirildi. Seminarın keçirilməsində əsas məqsəd şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki-psixi inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olmasından ibarət idi.
Psixoloq yarış zamanı idmançıya psixoloji dəstəyin vacib şərt olduğunu qeyd edərək həm qələbə, həm də məğlubiyyətin birbaşa psixoloji faktorla bağlı olan məsələ olduğunu qeyd etdi.
Daha sonra fiziki tərbiyə müəllimi çıxışında qeyd etid ki, idmançı üçün vacib olan şərtlərdən biri onun iradəsidir. Hər bir kəs idmanı sevə, hətta idmançı ola bilər, lakin peşəkar idmançı olmaq daha çox güc və dözümlülük tələb edir.
Sonda məktəbimizi təmsil edən bütün idmançılara növbəti yarışlarda uğurlar arzu etdilər.