Təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı görüş keçirildi.

   27.02.2024-cü il tarixdə D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə sertifikatlaşdırma prosesi ilə bağlı məktəbin direktoru Mətanət Mayılova  müəllimlərə dəstək məqsədilə  riyaziyyat və ingilis dili müəllimləri ilə görüş keçirildi. Görüşdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təhsilin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin təhsilverənlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri barədə danışıldı. Həmçinin 23 fevral 2024-cü il tarixində sertifikatlaşdırmada iştirak edəcək müəllimlərlə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən görüşdə iştirak edən müəllimlər aldıqları məlumatları həmkarları ilə paylaşmış, fikir mübadiləsi aparmışlar.

Görüşdə direktor müəllimləri maraqlandıran sualları cavablandırdı, tövsiyələrini verdi, sertifikasiya imtahanında iştirak edəcək müəllimlərə uğurlar arzuladı.

 

 

              

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi