"Xocalı-əsrin faciəsi" adlı dəyirmi masa keçirildi.

   Xocalı soyqırımının 32-ci ildonümü ilə bağlı Elm və Təhsil Nazirliyinin 20.02.2024-cü il tarixli 02 nömrəli əmri və həmin əmrlə təsdiq olunmuş Tədbirlər Planını rəhbər tutaraq 26.02.2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə kitabxana müdiri Günel Babayevanın təşkilatçılığı ilə "Xocalı-əsrin faciəsi” adlı dəyirmi masa keçirildi. Dəyirmi masa Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Dəyirmi masada kitabxana müdiri çıxış edərək şagirdlərə Xocalı faciəsi haqqında məlumat verdi, qeyd etdi ki, artıq soyqırım qurbanlarının qisası alınıb, bu gün Xocalıda Azərbaycan bayrağı dalğalanır. O, Xocalı soyqırımının heç vaxt unudulmayacağını da vurğuladı.

Dəyirmi masada iştirak edən şagirdlər Xocalı faciəsi, haqqında fikirlər, bu faciəyə həsr olunmuş şeirlər səsləndirdilər.

 

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi