Xocalı faciəsinə həsr olunmuş sənədli filmə baxış keçirildi.

   26 fevral 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə Xocalı faciəsinə həsr olunmuş sənədli filmə baxış keçirildi. İlk olaraq Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tarix müəllimi Zülfiyyə Məmmədova çıxışında 32 il bundan əvvəl Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı mülki əhaliyə qarşı törədilən ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verdi. Daha sonra şagirdlərə Xocalı faciəsinə həsr olunmuş “Gecənin fəryadı” adlı sənədli film nümayiş etdirildi. Şagirdlər nümayiş etdirilən sənədli filmdən Xocalı faciəsi zamanı xalqımızın başına gətirilən bəlalar haqda məlumat aldılar.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi