İlk dərslər Xocalı soyqırımına həsr olundu.

   Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı 26 fevral 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə ilk dərslər Xocalı soyqırımına həsr olunub. Dərslər Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Dərslərin keçirilməsində məqsəd ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli faciəvi hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, onlarda düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirməkdən ibarət idi. İlk olaraq müəllimlər Xocalı faciəsi haqqında geniş məlumat verərək bildirdilər ki, belə tədbirlər keçirilən zaman bir daha şahid oluruq gələcəyimiz olan uşaqlar  mənfur qonşularımız tərəfindən başımıza gətirilən fəlakətləri unutmur və lazım gələrsə, hər an vətənimizin müdafiəsinə qalxmağa hazırdırlar.

Şagirdlər soyqırıma həsr olunmuş şeirlər söylədilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi