"Ana dilim, doğma dilim" adlı ədəbi-bədii kompozisiya keçirildi.

   21 fevral 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə “Ana dilim, doğma dilim” adlı ədəbii-bədii kompozisiya keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə açıq elan edildi. Tədbirdə ana dilimizin qədimliyindən və zənginliyindən söhbət açılıb, milli dəyərlərimizlə yanaşı ana dilimizin gözəlliyinin, saflığının qorunmasının və inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, UNESCO-nun 1999-cu ilin noyabrında keçirilmiş baş konfransının 30-cu sessiyasında fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan olunub və 21 fevral 2000-ci ildən dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün keçirilir. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququnun olduğunu bir daha xatırladır. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm, ən güclü vasitədir. Bu bir həqiqətdir ki, hər bir dil özündə bir tarix yaşadır.

Şagirdlər ana dilinə həsr olunan ədəbi-bədii kompozisiya göstərib, dil haqqında şeirlər, hikmətli kəlamlar səsləndirdilər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi