"İmtahan stressinin idarə olunması" adlı seminar keçirildi.

   20 fevral 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Natəvan Əliyeva tərəfindən  XI siniflərlə  “İmtahan stressinin idarə olunması”  adlı seminar keçirildi.

  Seminarın keçirilməsində əsas məqsəd şagirdlərin imtahan öncəsi həyəcan, stress hallarını müəyyənləşdirmək və bununla əlaqədar onlara dəstək göstərməsindən ibarət idi.

 İlk olaraq psixoloq qeyd etdi ki, imtahan stressi imtahandan əvvəl və ya imtahan vaxtı bacarığın səmərəli istifadə edilməsinə neqativ təsir göstərən narahatlıq halıdır. Daha sonra imtahan stressinin əlamətləri, orqanizimdə baş verən fizioloji, psixoloji narahatlıqlar haqqında psixoloq ətraflı məlumat verdi. Şagirdlərlə stressin aradan qaldırılması üçün “Nəfəs texnikası” , “Vizuallaşdırma texnikaları” öyrədildi.

Sonda şagirdlərdə imtahan həyəcanının səviyyəsinin yoxlanılması məqsədilə diaqnostik sorğu keçirildi. Psixoloq imtahanda iştirak edəcək hər bir şagirdə uğurlar arzuladı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi