VIII-IX siniflərdə monitorinq keçirildi.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun təşkilatçılığı ilə VIII və IX sinif şagirdlərinin buraxılış imtahanı fənləri üzrə monitorinqi həyata keçirildi. Monitorinqdə şagirdlərə tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim olunub. Tapşırıqların icrası üçün şagirdlərə 150 dəqiqə vaxt verilib.
Monitorinqin keçirilməsində əsas məqsəd buraxılış imtahanı fənləri üzrə təqdim olunmuş məzmun çərçivəsində şagirdlərin bilik və bacarıqlarının mövcud vəziyyətini, öyrənmə ehtiyaclarını müəyyən etmək və inkişaf istiqamətləri üzrə kompleks fəaliyyətləri həyata keçirməkdir.