"Zərərli vərdişlər:Siqaret çəkmək" adlı maarifləndirici seminar keçirildi.
13 fevral 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Natəvan Əliyeva və tibb bacısı Lubuzə Babayeva tərəfindən VIII sinif şagirdləri ilə reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə "Zərərli vərdişlər:Siqaret çəkmək" adlı maarifləndirici seminar keçirildi. Seminarın keçirilməsində məqsəd zərərli vərdişləri şərh etmək, siqaret çəkməyin sağlamlığa ziyanı barədə şagirdləri maarifləndirməkdən ibarət olmuşdur. Məktəbin psixoloqu və tibb bacısı şagirdlərə sağlam olmaq üçün faydalı qidalara və idmana üstünlük verməyi, zərərli vərdişlərdən uzaq durmağı tövsiyə ediblər.