Reproduktiv sağlamlıq nədir? adlı maarifləndirici söhbət keçirildi.
13 fevral 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Natəvan Əliyeva və tibb bacısı Lubuzə Babayeva tərəfindən IX sinif şagirdlərinin iştirakı ilə “Reproduktiv sağlamlıq nədir?” adlı maarifləndirici söhbət keçirildi. Söhbətin keçirilməsində əsas məqsəd yeniyetmələrin reproduktiv sağlamlığının qorunması üçün faydalı biliklərin əldə olunmasından ibarət olmuşdur. Psixoloq qeyd etdi ki, reproduktiv sağlamlıq nəsilvermə sisteminin xəstəlik və fiziki qüsurlarının yoxluğu deyil, insanın tam fiziki, ruhi və sosial rifah halıdır. Bu sistemin normal fəaliyyəti həm insan, həmdə bütövlükdə cəmiyyət üçün vacibdir.
Tibb bacısı söhbət zamanı uşaqların inkişaf mərhələlərindən reproduktiv sistemində və bütün orqanizimdə olan dəyişikliklərdən geniş bəhs etdi.
Sonda şagirdlərə “Reproduktiv sağlamlığı qorumaq üçün şəxsi plan” hazırlamaq tövsiyə olundu.