Pedaqoji şuranın hesabat iclası
2 Fevral 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə 2023-2024-cü tədris ilinin I yarımilinin nəticələrinə və II yarımildə qarşıda duran vəzifələrə dair Pedaqoji şura iclası keçirildi. Pedaqoji şuranın gündəliyində məktəbdə uşaqların təhlükəsizliyinin təminatı, müəllimlər və şagirdlərlə psixoloji maarifləndirmə işinin gücləndirilməsi, valideyn məsuliyyətinin artırılması, sinif rəhbərlərinin vəzifə öhdəlikləri ilə bağlı nəzarətin artırılması, təhsilalanlar arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi, məktəb psixoloqunun onlarla apardığı işin gücləndirilməsi və s.kimi məsələlər müzakirə olundu. İlk olaraq məktəbin direktoru Mətanət Mayılova müəllimləri pedaqoji şuranın gündəliyi ilə tanış edərək,bu tədris ilində şagirdlərimizin qazandığı uğurları haqqında məlumat verdi, bu işdə əməyi keçən müəllimlərə öz təşəkkürünü bildirdi. İclasda təlim-tərbiyə işləri üzrə direktor müavini Yaqut Quliyeva çıxış edərək keçirilən monitorinq və BSQ-lərin nəticələri ilə müəllimləri tanış etdi. Daha sonra məktəbin psixoloqu Natəvan Əliyeva təhsilalanlar arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi və onlarla apardığı sistemli işin gücləndirilməsi kimi məsələləri pedaqoji heyətin nəzərinə çatdırdı.
Sonda məktəb rəhbərliyi “ 2 Fevral- Gənclər günü” münasibətilə gənc müəllimləri təbrik edərək işlərində uğurlar arzuladı,onları hədiyyələrlə mükafatlandırdı.