"Tariximizin qürur və şərəf səhifəsi" adlı dəyirmi masa keçirildi.
20 Yanvar faciəsinin 34-cu ildönümü ilə bağlı 19 yanvar 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin kitabxana müdiri Günel Babayevanın təşkilatçılığı və VIIIC sinif şagirdlərinin iştirakı ilə “Tariximizin qürur və şərəf səhifəsi” adlı dəyirmi masa keçirildi. Dəyirmi masanın keçirilməsinin əsas məqsədi şagirdlərə tariximizi tanıtmaq, onların vətənpərvərlik hissini gücləndirmək və 20 Yanvar şəhidlərini anmaqdan ibarət olub. İlk olaraq Azərbaycan xalqının müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra məktəbin kitabxana müdiri 20 Yanvar hadisələri haqqında məlumat verərək, bu günün xalqımızın milli qürur, tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olduğunu vurğuladı. O qeyd etdi ki, nəsillər dəyişəcək, lakin Vətən övladlarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır. Çünki, bu insanların əməlləri, qəhrəmanlıqları bizim şanlı, həmişə yaşadılan, fəxrlə anılan qürurverici tariximizdir.
Sonda şagirdlər 20 Yanvara aid şeirlər səsləndirdilər.