20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunan rəsm sərgisi

19 Yanvar 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş rəsm sərgisi keçirildi. Sərgidə məktəbin “Balaca rəssamlar” dərnəyinin üzvlərinin rəsmləri nümayiş olundu. Şagirdlər çəkdikləri rəsmlərdə xalqımıza qarşı törədilən qanlı faciəni əks etdirməklə yanaşı həm də insanların azadlıq uğrunda mübarizə əzmini, bu yolda dönməzliyini təsvir ediblər.