"Azadlığı qanla yazdıq" adlı seminar

   19 yanvar 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin otuz dördüncü  ildönümünə həsr olunmuş “Azadlığı qanla yazdıq” adlı seminar  keçirildi. Seminar 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. İlk olaraq məktəbin direktoru Mətanət Mayılova çıxış edərək 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışdı. Daha sonra məktəbin tarix müəllimi qeyd etdi ki, 34 il keçsə də törədilən bu vəhşilik öz mahiyyətini itirmir. Məhz bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi 8 noyabr tarixində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən hərbi işğalına son qoyulması ilə başa çatdı.

Daha sonra məktəbin psixoloqu çıxışında 1990-cı ilin Qanlı yanvar hadisələri zamanı vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciənin yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən bir cinayət olduğunu bildirdi.

Sonda “20 Yanvar faciəsi “ adlı qısa metrajlı film izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi