İlk dərslər 20 Yanvar faciəsinin otuz dördüncü ildönümünə həsr olundu.

   19 yanvar 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə ilk dərs və məşğələlər 20 Yanvar hadisələrinin otuz dördüncü ildönümünə həsr edildi. Dərsləri tədris edən müəllimlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə söhbət açdılar. Qeyd edilib ki, 20 Yanvar xalqımızın tarixində təkcə faciə deyil, həmdə istiqlal mücadiləsinin qələbəsi, azadlıq istəyinin oyanış günüdür. 34 ildir Azərbaycan xalqı bu günü Vətənimizin azadlığı və suverenliyi uğrunda qurban getmiş mərd oğul və qızlarının xatirəsini dərin hörmət və ehtiramla yad edir.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi