Psixologiya həftəsi çərçivəsində Breyn-rinq yarışı keçirildi.

   12 yanvar 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Natəvan Əliyeva tərəfindən VI siniflər arasında psixologiya həftəsi çərçivəsində Breyn-rinq yarışı keçirildi. Yarışın keçirilməsində əsas məqsəd şagirdlərin elmə, maarifləndirici yarışlara marağını artırmaq, onlara yeni biliklər qazandırmaq, şagirdlərin intellektual səviyyəsini yüksəltmək və istedadlarının inkişaf etdirilməsi işini səmərəli təşkil etməkdən ibarətdir. Şagirdlər “Duyğu”, “Təfəkkür”, “ Fantaziya” adlı komandalara bölünərək 3 mərhələdə yarışdılar.

Nəticələr münsiflər heyəti tərəfindən qiymətləndirilərək  VIB  sinfini təmsil edən “Təfəkkür” komandası I yerə, “Fantaziya” və ”Duyğu” komandaları müvafiq olaraq II və III yerə layiq görüldülər.

Qalib komandalar  məktəb rəhbərliyi tərəfindən diplomla mükafatlandırıldı.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi