31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı

30.12.2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirildi.  Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu. Məktəb rəhbərliyi tədbir iştirakçılarını salamlayaraq, Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə şagirdləri təbrik etdi, bu əlamətdar günün əhəmiyyətindən, dünya Azərbaycanlılarının birlik və həmrəyliyindən, o cümlədən ölkəmizin son illər ərzində əldə etdiyi uğurlardan söz açdı.

Sonda şagirdlər milli rəqslər, biri-birindən maraqlı şeir, mahnı və səhnəciklər nümayiş etdirdilər.

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi