VI-VII siniflərdə monitorinq keçirildi.
29 dekabr 2023-cü ildə D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun təşkilatçılığı ilə VI sinif Təbiət, VII sinif Azərbaycan tarixi fənnləri üzrə monitorinq keçirildi.
Monitorinqin keçirilməsində əsas məqsəd təhsilalanlarda müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına dəstək olmaqdan ibarətdir.
Azərbaycan tarixi və təbiət fənləri üzrə monitorinq materialları iki variantda hazırlanmışdır. Monitorinq məktəb rəhbərliyinin nəzarəti ilə keçirildi.