"Mühəndis şagirdlər" adlı yarış keçirildi.

   Bu tədris ilindən məktəbimizdə STEAM adlı yeni innovativ, yaradıcı layihə tədris olunur. 27.12.2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin Rəqəmsal bacarıqlar və STEAM müəllimi Rəhimzadə Nərmin tərəfindən məktəbimizdə “Mühəndis şagirdlər” adlı meykerton-yarış keçirildi. Yarışda məktəb rəhbərliyi, fənn müəllimləri və V sinif şagirdləri iştirak etdilər. Yarışın əsas məqsədi keçirildiyi müddət ərzində müxtəlif ideyaların, yeni innovativ həllərin və alətlərin yaradılması, həmçinin rəqabət şəraitində biliklərin yoxlanılması və yeni biliklərin qazanılması üçün şərait yaratmaqdır.

STEAM təhsilinin əsası müxtəlif fənlərdən birlikdə istifadə etmək, layihələr hazırlamaq və bu layihələri istehsalata çevirərək həyata keçirmək və riyazi təfəkkür bacarıqlarını inkişaf etdirən şagirdlər həm də elmdəki iş qabiliyyətlərini artırırlar. V siniflər arasında keçirilən “Mühəndis şagirdlər” yarışında 14 komanda iştirak etmişdir. Yarışda münsiflər heyəti tərəfindən 1-ci yerə  “Qurucular” komandası, 2-ci yerə "Zirvə" komandası, 3-cü yerə isə  “Günəş” komandası layiq görüldü.

Sonda qalib komanda üzvləri medal və diplomla mükafatlandırıldılar.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi