Azərbaycan Dövlət Pedaqoji Universitetinə ekskursiya təşkil olunub.
25 dekabr 2023- cü il tarixində universitet- məktəb əlaqələrinin tənzimlənməsi məqsədilə D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin kimya müəllimi Azadə Hənifəyeva bir qrup həvəskar şagirdlər ilə birgə ADPU-nə ekskursiya ediblər. Məktəb kollektivini Universitetin Tədris Departamentinin Məzun Koordinasiya və Karyera şöbəsinin müdiri Könül Əsgərova və Kimya və biologiya fakültəsinin baş müəllimi Rumiyyə Camalova qarşılamış, Tədris Departamentinin müdiri Sənan Əliyev, Elm və innovasiyalar üzrə prorektor, fizika- riyaziyyat üzrə elmlər doktoru professor Asəf Zamanov, Kimya və biologiya fakültəsinin dekanı dosent Reyhan Ağayeva, dekan müavini dosent Kərim Quliyev, Ümumi kimya və KTT kafedrasının müdiri dosent Kəmalə İskəndərova, Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Asəf Kazımov şagirdlərə tövsiyələr vermiş, onlara uğurlar arzulamış, maraqlı məlumatlarla motivasiya xarakterli çıxış edərək, şagirdlərə dəyərli kitablar hədiyyə etmişdirlər. Şagirdlər Ümummilli lider Heydər Əliyev muzeyini ziyarət etmiş, maraqlı məlumatlarla tanış olmuşlar. Şagirdləri universitetin elektron kitabxanası ilə Kitabxana İnformasiya Mərkəzinin müdiri Zinharə Həsənova tanış etdi. Şagirdlərin marağına 18- ci əsrə aid olan nadir kitablar arasında Tarixi Nadir səbəb oldu. Zinharə xanım bu kitabın ADPU da qorunan 3 nüsxəsini şagirdlərə təqdim etdi. Kimya və biologiya fakültəsinin baş müəllimi Zəminə Məlikova şagirdləri Zoologiya muzeyi ilə tanış edərək onlara çox maraqlı məlumatlar verdi. Şagirdlər daha sonra Ümumi kimya və KTT kafedrasının baş müəllimi Rumiyyə Camalovanın mühazirəsində iştirak etdilər. Daha sonra şagirdləri Ümumi kimya və KTT kafedrasının müəllimi k.ü.f.d. Aynurə Tomuyeva Kimya laboratoriyaları ilə tanış etdi. Şagirdlərlə tələbələr həmsöhbət oldular və onlar ADPU seçimində maraqlı həyat hekayələrini bölüşdülər. Onu da qeyd edək ki, müəllimlər Vəfa Kərimova AGMA-nın təribində yaradılmış Gənc Kimya Müəllimləri Birliyinin sədri, Azadə Hənifəyeva isə sədr müavini kimi fəaliyyət göstərirlər. Müəllim və şagirdlərə uğurlar arzu edir, məktəb- universitet əlaqələrinin gücləndirilməsi istiqamətində öz dəstəyini əsirgəməyən ADPU nun rektoru professor Cəfər Cəfərova, Kimya və biologiya fakültəsinin baş müəllimi Rumiyyə Camalovaya öz təşəkkürümüzü bildiririk.