Azərbaycan Müəllimlərinin XVI qurultayı

   15-16 dekabr tarixlərində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI Qurultayı başa çatdı. Müəllimlərin bu ali məclisi Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması dövründə keçirilən ilk müəllimlər qurultayı kimi tarixə düşdü.

Qurultayda dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ali məktəblərin rektorları, media qurumlarının rəhbərləri, beynəlxalq, özəl və qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil işçiləri və ekspertlər iştirak ediblər.Qurultayda məktəbimizi kimya müəllimi Azadə Hənifəyeva təmsil etdi.

16 dekabr tarixində Azərbaycan müəllimlərinin XVI qurultayının ikinci gününün panel sessiyaları keçirildi. Məktəbimizin kimya müəllimi Azadə Hənifəyeva "Təbiət fənnlərinin tədrisi” panelində bu fənlərin tədrisi ilə bağlı məsələlərin müzakirəsində iştirak etdi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi