"Heydər Əliyev hər zaman zirvədədir" adlı dəyirmi masa

   12 dekabr 2023-cü il D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin kitabxana müdiri Günel Babayeva və tarix müəllimi Dilarə Musayeva tərəfindən VIIC sinif şagirdləri ilə “Heydər Əliyev hər zaman zirvədədir” adlı dəyirmi masa keçirildi.  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi və ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə dəyirmi masa açıq elan edildi. İlk olaraq Dilarə Musayeva çıxış edərək bildirdi ki, müstəqilliyə gedən yolumuzu işıqlandıran, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə ətraflı məlumat verdi. Daha sonra Günel Babayeva ümummilli liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ulu öndərin anım gününün ümumxalq məhəbbətinin təzahürünə çevrildiyi və dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində daim yaşayacağını vurğuladı.

 Sonda şagirdlər ulu öndərə həsr olunan şeirlər söyləyib, müdrik kəlamlarından sitatlar səsləndirdilər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi