Ümummilli liderin anım gününə həsr olunmuş konfrans keçirildi.
12 dekabr 2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin tarix müəllimi Zülfiyyə Məmmədova tərəfindən XIA sinif şagirdləri ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş konfrans keçirildi. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, daha sonra ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfransı giriş sözü ilə açan Zülfiyyə Məmmədova bildirdi ki, ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizə qızıl hərflərlə yazılıb. Respublikamıza rəhbərlik etdiyi müddətdə bizi dünyanın iqtisadi və siyasi arenasında həm tanıtdırdı, həm də layiqincə təmsil etdi. Heydər Əliyev Azərbaycanın ümumi inkişafının memarıdır.
Daha sonra şagirdlər çıxışlarında Heydər Əliyevin vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələrindən söz açdılar.
Sonda ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olundu.