"Gəncliyin ilk baharı" mövzusunda maarifləndirici söhbət keçirildi.

   13 dekabr 2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Əliyeva Natəvan və tibb bacısı Babayeva Lubuzə tərəfindən  IX sinif şagirdləri ilə “Gəncliyin ilk baharı” mövzusunda maarifləndirici söhbət keçirildi. Əsas məqsəd yeniyetmələrdə baş verən bioloji və fizioloji dəyişikliklər, onların psixo-emosional davranışa olan təsirləri haqqında şagirdləri maarifləndirməkdən ibarət idi.

Reproduktiv sağlamlıq  mövzusunda maarifləndirici söhbət məktəbin IX siniflərin oğlanları ilə də keçirildi. Belə ki, məktəbin fiziki tərbiyə müəllimləri Atamov Arif və Bayramov Samir oğlanlara yetkinlik yaş dövründə zərərli vərdişlərdən uzaq olmağı, sağlam olmaq üçün faydalı qidalara və idmana üstünlük verməyi tövsiyə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi