"Narkomaniyaya yox deyək" adlı dəyirmi masa keçirildi.

   7 dekabr 2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə "Narkomaniyaya  yox deyək" adlı dəyirmi masa keçirildi. Dəyirmi masanın keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək olub.
    İlk olaraq məktəbin müəllimi Mehriban Müzəffərzadə dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən söhbət açdı.

Daha sonra psixoloq Natəvan Əliyeva çıxış edərək qeyd etdi ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. O, yeniyetmələri sağlam həyat tərzi keçirməyə, ətraf aləmin gözəlliklərindən  zövq almağa çağırdı.

Sonda  “Narkomaniyaya yox deyək!” adlı videoçarx nümayiş olundu, şagirdləri maraqlandıran suallar cavablandırıldı.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi