"Gigiyena və sağlam qidalanma sağlamlığın əsasıdır" mövzusunda məşğələ

   7 dekabr 2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Natəvan Əliyeva və tibb bacısı Lubuzə Babayeva tərəfindən VIII siniflər arasında Reproduktiv sağlamlığa dair "Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır" mövzusunda maarifləndirici məşğələ keçirildi. Məşğələ zamanı  şagirdlərə şəxsi və ümumi gigiyena barədə ən zəruri informasiyalar verilmiş ,şagirdlər düzgün qidalanma və sağlam həyat tərzi haqqında biliklərə yiyələnmişlər.

Sonda şagirdlər 4 qrupa (Stomatoloq, Dermatoloq, Terapevt, Dieotoloq) peşələrə uyğun “yaddaş kartı-gigiyenik qaydalar” hazırlamışlar. Qrupların hazırladıqları təqdimatlar dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi