"Zərərli vərdişlərə yox deyək" adlı seminar

BŞTİ-nin 20 noyabr 2023-cü il tarixli 3-29-59/3-2-442F 2023 nömrəli əmri ilə təsdiq edilmiş “Zərərli vərdişlərə yox deyək! “ layihəsinin keçirilməsi ilə bağlı tədbirlər planına əsasən 5 dekabr 2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin biologiya müəllimi Rəhimzadə Lətifə və məktəbin psixoloqu Əliyeva Natəvan tərəfindən “ Zərərli vərdişlərə yox deyək” adlı seminar  təşkil olundu.

Tədbirin keçirilməsinin əsas məqsədi  şagirdlərin zərərli vərdişlərdən qorunması, onlarda sağlam həyat tərzinin formalaşdırılması, yeniyetmələr arasında narkomaniya və alkoqolizm meyllərinin  qarşısının alınmasından ibarət idi.Şagirdlərə bu vərdişlərin fəsadları,sağlamlığa mənfi təsiri barədə söhbət açıldı.

İlk olaraq  psixoloq Natəvan Əliyeva şagirdlərə mövzu haqqında danışaraq, zərərli vərdişlərin insanın fiziki sağlamlığına və psixologiyasına vurduğu zərərlər, ailədaxili münasibətlərdə yaratdığı problemlər barədə məlumat vermiş, onları yaxşı vərdişlər qazanmağa və öz sağlamlıqlarının qeydinə qalmağa səslədi.

Daha sonra biologiya müəllimi Lətifə Rəhimzadə çıxış edərək narkomaniyanın insanın həyatında yaratdığı fəsadlardan və narkomanlığın əksər hallarda ölümlə nəticələnməsindən bəhs etdi.

Sonda şagirdlərlə mövzu ilə bağlı müzakirələr aparıldı, onları maraqlandıran suallar  cavablandırıldı.

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi