"Kitablar mənə nə verir ?" adlı dəyirmi masa keçirildi.
Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaş tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir. Bununla bağlı olaraq 30 noyabr 2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin kitabxana müdiri tərəfindən azərbaycan dili, ədəbiyyat müəllimlərinin və VIIIB sinif şagirdlərinin iştirakı ilə “Kitablar mənə nə verir?” adlı dəyirmi masa təşkil olundu.
İlk olaraq qeyd olundu ki, hər bir şagird, hər bir insan öz həyatında mütaliəyə xüsusi yer ayırmalıdır. Çünki mütaliə insanın daxili dünyasına çox böyük mənəvi dəyərlər gətirir. Daha sonra müəllimlər çıxışlarında şagirdlərə mütaliə yönümündə istiqamətləndirici tövsiyyələrini, böyüməkdə olan nəslin inkişafında, təlim-tərbiyəsində kitabın-mütaliənin necə mühüm rol oynadığını vurğuladılar.
Sonda şagirdlər kitablara, mütaliəyə aid şeirlər, hikmətli kəlamlar söylədilər.