"Məişət zorakılığı" mövzusunda maarifləndirici söhbət

Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Plannın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planına əsasən 28 noyabr 2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Natəvan Əliyeva tərəfindən IX sinif şagirdləri ilə “Məişət zorakılığı” mövzusunda maarifləndirici söhbət keçirilib.
Psixoloq məişət zəminində yaranmış psixi zorakılıq , fiziki zorakılıq haqqında
ətraflı məlumat verərək qeyd etdi ki, bu kimi hallar cəmiyyət üçün çox təhlükəli hesab olunur. Məişət zorakılığına məruz qaldıqda və ya şahid olduqda ilkin yardım almaq üçün hara müraciət etməli olmaları barəsində şagirdlər məlumatlandırıldı.
Sonda mövzu ilə bağlı müzakirələr aparıldı, şagirdləri maraqlandıran suallar cavablandırıldı.