"İnsan alverinin qurbanı olma!" mövzusunda profilaktik söhbət

27 noyabr 2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Natəvan Əliyeva və sinif müəllimi Leyla İbrahimova tərəfindən IX sinif şagirdlərinin iştirakı ilə “İnsan alverinin qurbanı olma !” mövzusunda profilaktik söhbət keçirildi. Söhbətin keçirilməsində əsas məqsəd şagirdləri insan alveri qurbanlarının müdafiəsi mexanizmləri ilə tanış etmək, əldə edilmiş biliklər vasitəsilə problemin çıxış yollarını tapmaq və həll etməkdən ibarət olmuşdur. İlk olaraq psixoloq şagirdlərə insan alveri necə baş verir, kimlər risk altındadır, bu kimi halların qarşısı necə alınmalı olduğu haqqında geniş məlumat verdi.
Daha sonra sinif müəllimi Leyla İbrahimova ölkəmizdə insan alverinə qarşı mübarizənin gücləndirilməsi üçün görülən işlərdən söhbət açdı.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.