"Bullinq nədir ?" mövzusunda maarifləndirici seminar

   22 noyabr 2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Natəvan Əliyeva tərəfindən VI sinif şagirdləri ilə “Bullinq nədir?” mövzusunda maarifləndirici seminar keçirildi. Seminarın keçirilməsində əsas məqsəd məktəbdə sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdan ibarətdir. Psixoloq xüsusilə yeniyetmələr arasında geniş yayılan bullinqin çox ciddi və psixoloji travmalara və faciələrə səbəb olduğunu qeyd etdi, bullinqin formaları, onunla mübarizə yolları haqqında ətraflı məlumat verdi.

Sonda şagirdlərlə mövzuya dair müzakirələr aparıldı, onları maraqlandıran suallar cavablandırıldı

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi