"Şanlı Zəfər" adlı tədbir

   7 noyabr  2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin akt zalında “Şanlı Zəfər!” adlı tədbir keçirildi. Tədbirdə məktəbimizin qazi məzunu, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edirdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi. Şagirdlər Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını qürur və iftixar hissi ilə dinləyicilərə söylədilər. İştirakçıların vətənpərvərlik ruhunda söylədiyi şeirlər, səsləndirdikləri mahnılar, təqdim etdikləri səhnəciklər dinlənildi

   Məktəbin direktoru Mətanət Mayılova öz çıxışında 44 gün davam edən və ərazilərimizin işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini qeyd etdi. Bildirdi ki, 8 Noyabr Zəfəri Müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, əsgər və zabitlərimizin rəşadətinin, qəhrəman şəhidlərimizin fədakarlığının nəticəsidir.

       Tədbir “Yaşasın Qalib Azərbaycan xalqı!”, “Vətən var olsun” şüarlarının səsləndirilməsi ilə başa çatdı.

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi