Səhər toplantısı 8 Noyabr-Zəfər Gününə həsr olunub.
07.11.2023-cü il tarixdə məktəbin səhər toplantısı 8 Noyabr-Zəfər Gününə həsr olunub. Toplantı Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Öncə məktəbin direktoru Mətanət Mayılova şagird və müəllimləri salamlayaraq, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı möhtəşəm Zəfərdən danışaraq qeyd etdi ki, bu qələbə Azərbaycan tarixinin ən şanlı səhifəsi olaraq gələcək nəsillərin xatirəsində əbədi yaşayacaqdır.İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyini nümayiş etdirdi.
Şagirdlər zəfərə, şəhidlərimizə həsr olunmuş şeirlər söylədilər.