"Hüquq və vəzifələrimiz" adlı dərs məşğələ keçirildi.

2 noyabr 2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə psixoloq Natəvan Əliyeva tərəfindən IVA sinfi ilə Uşaq hüquqları aylığı çərçivəsində “Hüquq və vəzifələrimiz” adlı dərs məşğələ keçirtdi. Məşğələnin keçirilməsində əsas məqsəd şagirdlərə uşaq hüquqları barədə məlumat vermək, hüquqları pozularkən nə etməli olduqları barəsində şagirdləri maarifləndirməkdən ibarət olmuşdur.Şagirdlər yaşamaq, azadlıq,vətəndaşlıq,istirahət etmək hüquqları barəsində ətraflı məlumat əldə etdilər. Sonda mövzuya aid videoçarx izlənildi