"Şanlı bayrağım" adlı bədii qiraət müsabiqəsinin rayon mərhələsi

31 oktyabr 2023-cü il tarixində Xəzər rayonu Gənclər evində “9 noyabr –Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” münasibətilə keçirilən “Şanlı bayrağım” adlı bədii qiraət müsabiqəsinin Xəzər rayon mərhələsinin 11-14,15-17 yaş qrupları üzrə müsabiqə keçirildi. Məktəbimizin IXC sinif şagirdi Quliyeva Nuray 15-17 yaş qrupu üzrə fərqləndiyinə görə Xəzər rayon Gənclər evinin rəisi Dənyar Teymurlu tərəfindən diplomla təltif edildi. Məktəb rəhbərliyi şagirdimizi təbrik edərək,uğurlarının davamlı olmasını dilədi.