VI və IX siniflərdə monitorinq keçirildi.
30 oktyabr 2023-cü il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunmuş VI və IX siniflərdə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq keçirildi. Monitorinq 150 dəqiqə ərzində yerinə yetirildi. Monitorinqin əsas məqsədi şagirdlərdə bilik və bacarıqların formalaşma səviyyəsini müəyyən etmək, buraxılış imtahanlarının nəticələrinə mənfi təsir edən səbəbləri aşağı siniflərdən aşkar etmək və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdan ibarətdir.