Qubadlı şəhəri gününə həsr olunmuş tədbir keçirildi.

     25 oktyabr 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən məktəbimizdə 25 Oktyabr- Qubadlı Şəhəri Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə mərkəzin psixoloqu Orxan Məcnunov, sosial iş üzrə mütəxəssis Aysun Kərimova, müharibə iştirakçıları, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Sonra məktəbin direktoru Mətanət Mayılova tədbiri açıq elan edərək qeyd etdi ki,bu günü xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusuna və canlarını Vətən yolunda fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borcluyuq.

Mərkəzin psixoloqu Orxan Məcnunov Qubadlı şəhərində aparılan quruculuq işləri barədə məlumat verərək videoçarxı şagirdlərə təqdim etdi.

Sonda mərkəzin sosial iş üzrə mütəxəssisi Aysun Kərimova 44 günlük Vətən müharibəsi və Qubadlı şəhərinə aid suallar əsasında şagirdlərlə müzakirələr apardı.

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi