Azərbaycan dili fənni üzrə monitorinq keçirilib.
23 oktyabr 2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə BŞTİ tərəfindən hazırlanmış materiallar əsasında Azərbaycan dili fənni üzrə IV, VI, VII və VIII siniflərində monitorinq keçirilib. Monitorinq materialları iki variantda 16 tapşırıqdan ibarət olub. Sualların cavablandırılması üçün 45 dəqiqə vaxt verilib. Monitorinqə məktəbin direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavini və xüsusi təyin edilmiş nəzarətçi müəllimlər nəzarət edib.
Monitorinqin əsas məqsədi dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsi, şagirdlərin dinləyib-anlama, oxu və yazı bacarıqlarının yoxlanılması, onlarda bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsi və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olunmasından ibarətdir.