Reproduktiv sağlamlıq mövzusunda valideynlərlə maarifləndirici görüş keçirildi.
13 oktyabr 2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə VIII-IX sinif şagirdlərinin valideynləri ilə “Reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici görüş keçirildi. Görüşün keçirilməsinin əsas məqsədi valideynlərin öz övladlarının reproduktiv sağlamlığının qayğısına qalmaları barədə məlumatlandırılmasından ibarət olub.
İlk olaraq məktəbin psixoloqu Natəvan Əliyeva çıxış edərək qeyd etdi ki, reproduktiv sağlamlığın təməli yeniyetməlik dövründə yaranır . Reproduktiv sağlamlığın qorunması və mühafizəsi sağlam ailələrin və ailə münasibətlərinin formalaşması bu günün aktual məsələlərindən biridir.
Daha sonra məktəbin direktoru Mətanət Mayılova maarifləndirmə işlərinin həyata keçirilməsində valideyn-məktəb münasibətlərinin, əməkdaşlığın zəruriliyini xüsusi qeyd etdi.
Sonda valideynlər tərəfindən verilən suallar cavablandırıldı.