Mən və mənim əhatəm adlı seminar məşğələ

   Reproduktiv sağlamlıq tədrisi üzrə VIII sinif şagirdləri ilə 11 oktyabr 2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Natəvan Əliyeva və biologiya müəllimi Lətifə Rəhimzadə tərəfindən “Mən və mənim əhatəm” adlı seminar məşğələ keçirildi. Seminarda dostluğun seçici xarakter daşıması, əhatədə olan insanların düzgün seçilməsi, yeniyetmə oğlan və qızlar arasında ünsiyyət və münasibətin yoldaşlıq zəminində qurulması barədə müzakirələr aparıldı.

Məşğələ şagirdlər tərəfindən çox maraqla qarşılandı, müzakirə əsnasında yaranan suallar müəllimlər tərəfindən cavablandırıldı.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi