YAP üzvləri ilə görüş keçirildi.

   Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanov və təşkilatın məsul əməkdaşı Siyasət Həsənov 6 oktyabr 2023-cü il tarixində Xəzər rayonu Türkan qəsəbəsi Ağaxan ABdullayev küçəsi 1 (D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəb) ünvanında partiya fəalları ilə növbəti görüş keçirmişdir.

Görüş iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradıcısı ümümmilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanov çıxış edərək bildirdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ali rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun başlatdığı antiterror tədbirinin qalibiyyətlə başa çatması ölkəmizin tam suverenliyini bərpa etdi. Hər bir azərbaycanlının son 30 ildə ürəyində gəzdirdiyi ən ümdə arzusu həyata keçdi. Dünyada tarixin ən çətin dövrlərindən birinin yaşandığı zamanda, ölkələr münaqişədə olduğu, xalqlar milli kimliyini, azadlığını itirdiyi bir vaxtda, nəinki ölkəmizin bu günü, hətta gələcəyi də əmin-amanlıqdadır. Şəfayət Nənəcanov həmçinin, YAP-ın VII Qurultayından sonra ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsindən, partiyada aparılan islahatlardan da söhbət açdı.

119 nömrəli tam orta məktəbin direktoru, partiya sədri Mətanət Mayılova çıxış edərək bildirdi ki, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təmin edən Ali Baş Komandanımızın sayəsində illərlə arzusunda olduğumuz günə gəlib çatdıq. Bu günün həsrəti ilə yaşamış babalarımızın, atalarımızın, şəhidlərimizin ruhu şaddır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin səriştəsi sayəsində qeyri-qanuni erməni separatçı qüvvələri 24 saat ərzində darmadağın edildi və ağ bayraq qaldırmağa məcbur oldu.

Daha sonra partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib. partiya fəallarının fikir və təklifləri dinlənilib, qaldırılan məsələlərlə bağlı müzakirələr aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi