"Müəllim ömrü" adlı tədbir

   5 Oktyabr 2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin akt zalında məktəb şagirdlərinin iştirakı ilə “Müəllim ömrü” adlı tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi.Tədbiri giriş sözü ilə məktəbin direktoru Mətanət Mayılova açaraq əlamətdar gün münasibətilə müəllimləri təbrik edərək, onlara pedaqoji fəaliyyətlərində uğurlar arzuladı.Daha sonra qeyd olundu ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Tədbirdə şagirdlər müəllimlərə  öz sevgilərini, şeirlərlə, rəqslərlə ürək sözləri ilə ərmağan etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi