I sinif şagirdlərinin valideynlərinə tövsiyələr
29 sentyabr 2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Natəvan Əliyeva tərəfindən “I sinif şagirdlərinin məktəbə adaptasiyası istiqamətində valideynlərə tövsiyələr” adlı maarifləndirici seminar keçirdi. Seminarın keçirilməsində əsas məqsəd uşaqlarda məktəb, dərs kimi anlayışlara qarşı neqativ fikrin yaranmasının qarşısını almaq və onlarda həyatlarında yeni mərhələ olan məktəbə sevgi, dərsə həvəsin necə yaradılmasına dair tövsiyə və məsləhətləri valideynlərə verməkdən ibarət olmuşdur.
Psixoloq məktəbə adaptasiyanın inkişaf mərhələləri haqqında ətraflı məlumat verdi, bu dövrdə yaranan çətinlikləri aradan qaldırmağın yolları barədə tövsiyələrini verdi. Daha sonra məktəbin direktoru Mətanət Mayılova çıxış edərək qeyd etdi ki, şagirdin bir şəxsiyyət kimi formalaşmasında müəllim-valideyn-şagird münasibətlərinin doğru qurulması vacib amillərdəndir.
Sonda valideynlere anket paylanıldı.