İlk dərslər Anım gününə həsr olundu.

   27 sentyabr 2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə şagirdləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda xalqa, torpağa bağlılıq hissini gücləndirmək, İkinci Qarabağ müharibəsi haqqında onları məlumatlandırmaq məqsədilə ilk dərslər “Anım günü”nə həsr olundu. Bütün siniflərdə Anım günü ilə bağlı təşkil olunan dərslərdə Vətən müharibəsi Şəhidlərinin xatirəsi ehtiramla yad edildi, şagirdlərə müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıq dastanı, tarixi Qarabağ Zəfəri və Şəhidlik zirvəsinə ucalan Vətənin igid övladları haqqında məlumat verildi. Qeyd olundu ki, gənc və gələcək nəsillər hər daim Şəhidlərimizin əziz xatirəsini, qəhrəmanlığını, fədakarlığını və Vətən üçün xidmətlərini xatırlamalı, onlardan nümunə götürməli və Vətənin keşiyində mərdliklə durmalıdırlar.

Şəhidlərimizin əziz xatirəsi qəlblərimizdə əbədi olaraq yaşayacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi