27 Sentyabr-Anım günü qeyd olundu.
Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 3 il ötür. Bu münasibətlə məktəbimizdə Anım günü ilə bağlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. İlk olaraq məktəbin tarix müəllimi çıxış edərək Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdiyini, Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızı qələbə əzmini sarsıda bilmədiyini söylədi. Torpaqlarımızın işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı-canı bahasına azad edildiyini vurğuladı.
Sonda şagirdlər Vətən müharibəsi və şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirdilər.