Pedaqoji şura iclası keçirilib.

   13 sentyabr 2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə Pedaqoji   şura iclası keçirilib. Məktəbin direktoru Mətanət Mayılova öz çıxışında 2022-2023-cü tədris ilində ümumi təhsil sahəsində görülmüş işlərin davam etdirilməsi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 11 sentyabr 2023-cü il tarixli,3-29/3-2-548F/2023 nömrəli əmrini müəllimlərin nəzərinə çatdırdı.Daha sonra Ümumilli Lider Heydər Əliyevin həyat və fəaliyətinə toxunaraq ilk dərs saatlarının “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunmasını bildirdi. Yeni tədris ilində hədəflər, görüləcək işlər haqqında danışaraq pedaqoji kollektivi yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara müvəffəqiyyətlər arzu edib. Kitabxana müdiri Günel Babayeva dərsliklərlə bağlı məsələlərə aydınlıq gətirdi.

Sonda məktəbin direktoru Mətanət Mayılova məktəbə yeni təyin olunmuş müəllimləri kollektivə təqdim edib, gələcək işlərində hər birinə uğurlar arzu edib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi