Son Zəng tədbiri keçirildi.

14 iyun 2023-cü il tarixdə D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirildi. Tədbirdə Xəzər rayon İcra Hakimiyyətinin nümayəndəsi, məktəbin müəllim-şagird kollektivi, IX və XI siniflərin valideynləri iştirak etdilər. Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Aparıcılar ilk sözü məktəbin direktoru Mətanət Mayılova verdilər. O, məzunlara gələcək həyatlarında uğurlar arzu edərək, dövlətimizə layiqli vətəndaşlar olmağı tövsiyə etdi. Bildirdi ki, müstəqil həyata qədəm qoyan hər bir məzun vətəninə layiqli vətəndaş olmağı qarşısına məqsəd qoymalı, öz gələcəyini xoşbəxt qurmalıdır. Birincilərə isə təhsil alacaqları dövrdə əlaçı, nizam-intizamlı, ən nümunəvi şagirdlər olmağı arzu etdi. Tədbirdə məktəbin məzunlarının iştirakı ilə mahnılar, şeirlər, rəqslərdən ibarət konsert proqramı nümayiş etdirildi. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi