28 May-Müstəqillik Günü qeyd olundu.

   26 may 2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin səhər toplantısında 28 May-Müstəqillik günü qeyd olundu. Toplantı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. İlk öncə məktəbin tarix müəllimi Məmmədova Zülfiyyə çıxışında müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətindən, xalqımızın qədim dövlətçilik ənənələrindən danışaraq, müstəqilliyin qorunub saxlanmasının onu qazanmaqdan daha çətin olmağından, ikinci dəfə müstəqillik qazandıqdan sonra onun qorunub saxlanılması üçün görülən işlərdən danışdı. Ulu Öndər Heydər Əliyevin qətiyyətli siyasəti ilə möhkəmlənən və bu gün ölkə prezidenti cənab İlham Əliyevin apardığı düzgün siyasəti sayəsində dünyada tanınan dövlətimizin müstəqilliyinin əbədi olduğunu vurğuladı.

Daha sonra məktəbin direktoru Mətanət Mayılova çıxış edərək  şagirdlərə bir kərə yüksələn bayrağımızı bir daha enməyə qoymamağı, daim ucalarda dalğalandırmağı tövsiyə edib.

Sonda şagirdlər bu günün tarixi haqqında məlumat verdilər, vətənpərvər ruhlu şeirlər və mahnılar ifa etdilər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi